VAKANSİYA

“Kred Aqro” işçi axtarır - VAKANSİYA
15 İYUL
1583

“Kred Aqro” işçi axtarır - VAKANSİYA

2016-07-15 21:00:00

“Kred Aqro”  Qax filialı üzrə regional risklərin idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Kredit təşkilatından fins.az-a verilən məlumata görə,23-35 yaşlarında ali təhsilli, bank sistemində və yaxud qeyri bank sisteminde azı 1 il iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 14-dür.

Namizədə dair tələblər:

- Bank sistemində və yaxud qeyri bank sisteminde azı 1 il iş stajı 
- Kollektivdə işləmək qabiliyyəti 
- Maliyyə hesabatlarını tərtib etmək, onları təhlil etməyi bacarmaq, kredit sifarişini düzgün qiymətləndirmək və tövsiyyələr vermək üçün düzgün qərar qəbul etmək 
- Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər 
- MS Office proqramında işləmək bacarığı 
- Azərbaycan dilini mükəmməl bilməli

Vəzifə öhdəlikləri:

 İcraatında olan problemli kreditlərin məhkəmədən kənar qaydada ləğv edilməsi və problemli kreditlərin normallaşdırılması üçün tədbirlər həyata keçirir 
- Mümkün əlaqə vasitələrindən, o cümlədən telefon və ya ünvana getməklə borclu/müştəri ilə, zaminlə və ya kreditin təminatı qoyanla ilə əlaqə saxlayır 
- Borclunun və ya mülkiyyətçinin axtarılmasını və yerinin müəyyən olunması üçün mümkün tədbirləri həyata keçirir 
- Problemli kredit işi üzrə bütün sənədlərin (kredit, zaminlik, girov, ipoteka və s. müqavilələr, iş və yaşayış yeri haqqında arayışlar, qəbzlər, və s.) təhlilini aparır 
- Əməliyyat risklərinin minimuma endirilməsi üçün, işin müvəfəqiyyətli yekunu üçün müvafiq tədbirlər həyata keçirir.

CV-lərin mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  recruitment@kredaqro.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Əmək haqqı: 300 manat

Ünvan: Bakı şəhəri, Nizami küç. 1/3 Sapphire Plaza, AZ1001

Telefon: (+994 12) 441-21-34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275