VAKANSİYA

“PAŞA Holding” işçi axtarır- VAKANSİYA
13 İYUL
9049

“PAŞA Holding” işçi axtarır- VAKANSİYA

2016-07-13 22:00:00

“PAŞA Holding” maliyyə departamenti daxilində maliyyə hesabatları üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,  maliyyə/mühasibatlıq sahəsində ali təhsilli, maliyyə hesabatı sahəsində 3-4 il peşəkar təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 31-dir.

Maliyyə hesabatları üzrə baş mütəxəssis vəzifəsinə tələblər:

• Rüblük, yarımillik və illik maliyyə hesabatların hazırlanmasına dəstək;
• Birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatların hazırlanmasına dəstək;
• Kənar auditorlar ilə maliyyə hesabatları və mühasibat məsələlərinə dair əlaqədə olub, onlar ilə audit müqavilələrin şərtləri üzrə şirkətin bu məsələlərdə mövqeyinə uyğun razılığa gəlmək;
• Maliyyə hesabatların auditi və daxili nəzarət zamanı dəstək göstərmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
• Mühasibatlığı nəzarətdə saxlamaqla, yarana biləcək uyğunsuzluqları aşkar edib, onları aradan qaldırmaq;
• MIS üzrə hesabatların və müvafiq təqdimatların hazırlanması;
• Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
• İşi mühasibat qayda və prosedurlarına və daxili sənədləşmə nəzarətinə uyğun şəkildə aparmaq;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
• Maliyyə hesabatı sahəsində 3-4 il peşəkar təcrübə;
• Güclü analitik bacarıqları;
• Güclü ünsiyyət bacarıqları;
• İngilis, Azərbaycan mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür;
• Excel və analoji proqramların mükəmməl bilik səviyyəsi;

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Maliyyə hesabatı üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 31 iyul, 2016-cı il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272