VAKANSİYA

“Sirena Motors” işçi axtarır - VAKANSİYA
12 İYUL
1452

“Sirena Motors” işçi axtarır - VAKANSİYA

2016-07-12 21:00:00

“Sirena Motors” mühasib vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, ali iqtisadi təhsilli 29-45 yaşlarında, mühasibatlıq sahəsində, xüsusilə mal-material sahəsi üzrə təcrübəli, MS Office proqramlarını bilən xanım namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 10-dur. 

Namizədə dair tələblər:

- Yalnız xanım namizədlər 
- Ali iqtisadi təhsil 
- Yaş həddi 29-45 
- Mühasibatlıq sahəsində, xüsusilə mal-material sahəsi üzrə təcrübəli (ən azı 3 il) 
- MS Office (xüsusilə MS Excel), 1c 8.3,BTP bilməli 
- Azərbaycan, Rus yüksək səviyədə bilməli (İngilis dilini bilənlərə üstünlük veriləcək) 
- Ünsiyyət qurma və danışıqlar aparmaq bacarıqları 

İş barədə məlumat:

- Vergi hesab fakturaların yazılması 
- Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması 
- Aylıq və rüblük maliyyə hesabatlarının aparılması və digər
şəxslərlə hesablaşmalar, avans hesabatı və ezamiyyət hesabının aparılması 
- Debitor və kreditorlarla hesablaşmalar 
- Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması 
- Gün ərzində mühasibat əməliyyatlarını izləməli, ilkin sənədlərin proqrama düzgün daxil edilməsini yoxlamalı 
- Göstərilmiş xidmətlərin, satış və digər əməliyyatların sənədlər üzrə proqrama düzgün yığılmasına nəzarət etməli 
- Xərclərin alış fakturalarına əsasən proqrama düzgün yığılmasına nəzarət etməli 
- Əmlakın və mal materiallarının inventarizasiyası 
- Mühasibat uçotu üzrə və rəhbərlik üçün lazım olan hesabatların hazırlanması və digər cari əməliyyatların yerinə yetirilməsi 
- Büdcə hazırlanması və icrasına nəzarət 
- Mövcud olan qanunvericiliyə, müəssisənin daxili prosedurlarına uyğun maliyyə nəticələrinin uçotunun təşkil edilməsi

Əmək haqqı: 800-1000 manat

Vakansiyaya uyğun xanım namizədlər şəkilli cv-lərini mövzu yerinə "Mühasib" qeyd edərək ayshe.abakerova@sirena.az ünvanına göndərmələri xahiş olunur.

 

Telefon

(012) 349-09-83

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275