VAKANSİYA

“Unibank” işçi axtarır - VAKANSİYA
11 İYUL
2226

“Unibank” işçi axtarır - VAKANSİYA

2016-07-11 22:00:00

“Unibank”  korperativ kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə,22 – 32 yaşlı ali təhsilli, biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı  müraciət edə bilərlər. Işlə bağlı son müraciət tarixi  avqust ayının 5-dir.

Vəzifə öhdəlikləri
 
• Korporativ müştərilərin cəlb edilməsi 
• Müştərinin biznesinin analizi 
• Analizin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi
 
Namizədə dair tələblər
 
• Ali təhsil;
• Yaş həddi 22 – 32;
• Biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı; 
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
• Ünsiyyət qurma bacarığı;
• Müştəri yönümlülük;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.
 
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 05.08.2016-cı il tarixinədək Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində (Korporativ kreditlər üzrə Aparıcı Mütəxəssis) göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271