VAKANSİYA

“NBC Bank” işçi axtarır - VAKANSİYA
11 İYUL
1788

“NBC Bank” işçi axtarır - VAKANSİYA

2016-07-11 21:00:00

“NBC Bank”  ATM təmiri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə, ali təhsilli, bu sahədə ən azı 1 illik iş təcrübəsi olan, ATM-lərin iş prinsiplərinə dair bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 8-dir.

Namizədə dair tələblər

- Ali təhsil
- Bu sahədə ən azı 1 (bir) il iş təcrübəsi
- Kompyuter bilikləri;
- ATM-lərin iş prinsiplərinə dair biliklər
- ATM-lərin elektronika və mexanikasına dair biliklər
- ATM-lərdə fəaliyyət göstərən proqram təminatının sazlanmasını, baş verən xətaların müəyyən olunmasını və aradan qaldırılma üsüllarını bilmək; 
- Öz işində yeniliklər tətbiq  etmək bacarığı;

İş barədə məlumat

- ATM və POS-terminalları mütəmadi profilaktikası və təmizlənməsi həmçinin təmiri (kart-rider, dispenser, qəbz printeri, və s. )
- Dispenserə texniki xidmət və Kasetlərə nəzarət
– kasetlərin nasazlığının aradan qaldırılması
- ATM və POS-terminalların Komputer mexanizminə nəzarət (proqram, konfiqurasiya və s.);
- Jurnal printerə nəzarət, Elektron Jurnalın arxivləşdirilməsi həmçinin ATM-və POS-terminalların Çeklərinin vaxtında dəyişdirilməsi.
- İnkosassiya – prosesinə nəzarət;
- Pulların dəyişdirilməsi – bir nominaldan başqa nominala keçməsi və kassetlərin valyutasının dəyişdirilməsi ;
- Yeni ATM-lərinin POS-terminalların quraşdırılması, proqramlaşdırılması və monitorinqi;

Əmək haqqı 600-700 AZN

Müraciət etmək istəyənlər CV formalarını aliyeva.s@nbcbank.az elektron ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: hr@nbcbank.az

Telefon (012) 566 46 46 ; 932 218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275