VAKANSİYA

Expressbank işçi axtarır - VAKANSİYA
10 İYUL
2381

Expressbank işçi axtarır - VAKANSİYA

2016-07-10 22:00:00

Expressbank Biznesin inkişafı departamentinin Bank məhsulları və biznes proseslər şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Müraciət üçün son tarix 31 iyuldur.

Namizədə dair tələblər:

- Ali iqtisadi təhsil;

- Əməliyyat, kredit və analojı sahədə 4 il iş təcrübəsi;

- Ünsiyyətqurma və liderlik bacarığları;

- MS Office və Microsoft Visio proqramlarında işləmək bacarığı;

- AR Mərkəzi bankının normativ sənədlərinin tələblərini bilməsi;

- Ünsiyyətqurma və komandada işləmək bacarığları;

- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;

- Bank sahəsində işləyən namizədlərə üstünlük verilir;

Əsas vəzifə öhdəlikləri:

- Yeni korporativ və pərakəndə məhsullar üzrə təkliflərin verilməsi;

- Mövcüd bankdaxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi ;

- Bankdaxili proseslərin təhlili üçün müvafiq blok-sxemlərin təhlili və bununla bağlı təkliflərin verilməsi;

- Satış nöqtələrində vaxtaşırı xronometrajların keçirilməsinə nəzarət edilməsi və satış proseslərində yaranmış problemlərin həlli üçün təkliflərin verilməsi;

- Bankdaxili prosedurların və ABS üzrə biznes proseslərin hazırlanmasına və tətbiq olunmasına nəzarət edilməsi;

- Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlərin yaradılması və onların tətbiq edilməsi.

Maraqlanan şəxslər CV-lərini cv@expressbank.az email ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272