VAKANSİYA

Azersun Holding işçi axtarır - VAKANSİYA
08 İYUL
5072

Azersun Holding işçi axtarır - VAKANSİYA

2016-07-08 22:00:00

Azersun Holding Sənədləşdırmə üzrə Aparıcı Mütəxəssis vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, ali hüquqi təhsili olan, müvafiq sahədə ən azı 3-5 il iş təcrübəyə malik, MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olan və Tikinti və Şəhərsalma Məcəllələrini bilən  namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 13-üdür.

Əsas vəzifə öhdəlikləri:

• Sənədləşmə işləri ilə bağlı müvafiq dövlət strukturları ilə əlaqə;

• Tikinti sənədləşməsinin mövcud vəziyyətini özündə əks etdirən hesabatı hazırlamaq və gündəlik qeydləri əlavə etmək;

• Tikilən obyektin sənədlərinin xronoloji ardıcıllıqla arxivləşdirilməsini təmin etmək;

• Tikinti sənədləşdirilməsi prosedurunun hazırlanması, bu sahədə qanunvericiliyə edilmiş dəyişiklikləri prosedura əlavə etmək.

Namizədə dair tələblər:

• Ali hüquqi təhsilli olmalı;

• Müvafiq sahədə ən azı 3-5 il iş təcrübə;

• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

• Tikinti və Şəhərsalma Məcəllələrini bilməlidir.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Sənədləşdırmə üzrə Aparıcı Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275