VAKANSİYA

Unibank işçi axtarır- VAKANSİYA
05 İYUL
2245

Unibank işçi axtarır- VAKANSİYA

2016-07-05 21:00:00

Unibank Korporativ kreditlər üzrə Aparıcı Mütəxəssis vəzifəsinə vakansiya elan edir.  Bankdan fins.az-a verilən məlumata görə müraciət üçün son tarix 5 avqustdur.

Başlıca öhdəliklər və məsuliyyətlər:

• Korporativ müştərilərin cəlb edilməsi

• Müştərinin biznesinin analizi

• Analizin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi

Namizədə dair tələblər:

• Ali təhsil;

• Yaş həddi 22 – 32;

• Biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi;

• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;

• MS Excel və MS Word proqramları üzrə baza biliklər;

• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;

• Ünsiyyət qurma bacarığı;

• Müştəri yönümlülük;

• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 05.08.2016-cı il tarixinədək Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ kreditlər üzrə Aparıcı Mütəxəssis) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274