VAKANSİYA

"Embafinans" işçi axtarır - VAKANSİYA
04 İYUL
1870

"Embafinans" işçi axtarır - VAKANSİYA

2016-07-04 21:00:00

BOKT Embafinans “Müştəri Xidmətləri üzrə Operator” vəzifəsi üzrə vakansiyasını elan edir. Təşkilatdan fins.az-a verilən məlumata görə son müraciət tarixi 31 iyuldur.

(yalnız xanım namizədlər üçün)

Əsas vəzifə və öhdəliklər:

- Müştəri münasibətlərini idarə etmək;

- Müştəri müraciətlərini operativ və sürətli cavablandırmaq;

- Müştəri ehtiyaclarını müəyyən etmək və müştərini yönləndirmək;

- Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesini idarə etmək, idarəetmə alətlərini hazırlamaq və tətbiq etmək;

- Müştərinin tələb və təklifləri haqqında Cəmiyyəti daim məlumatlandırmaq;

- Kommersiya sirrini qoruyub saxlamaq;

- Yeni kredit məhsulları, satış forma və şəbəkələri, habelə mövcud məhsul kredit məhsullarının şərtlərinin dəyişdirilməsi barədə müəyyən olunmuş müştəri qruplarını məlumatlandırmaq

- Mövcud müştərilərə telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatları (ad günü təbrikləri, məhsul şərtləri, yeniliklər, kampaniyalar və s.) çatdırmaq;

- Müştəri bazasını yaratmaq;

- Əldə edilən məlumatı bazaya daxil etmək.

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

- Ali təhsilin olması;

- Yaş həddi-22-30;

- İdarəetmə, sənədləşmə və müştərilərlə işlərin idarə edilməsi sistemləri (CRM sistemləri) üzrə ilkin biliklərin olması;

- MS Office,proqramlarından istifadə etmək bacarığı;

- Azərbaycan, rus və ingilis dili biliklərinin olması;

- Danışmaq və dinləmə qüsuru olmayan;

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.

İş qrafiki: 6 gün /I-IV günlər saat 10.00-18.00, VI gün 10:00-15:00

Əmək haqqı: 431 manat (AZN)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275