VAKANSİYA

“Bank of Baku” işçi axtarır - VAKANSİYA
02 İYUL
2093

“Bank of Baku” işçi axtarır - VAKANSİYA

2016-07-02 10:01:00

“Bank of Baku” Ödəniş sistemləri departamentinə Texniki şöbənin eksperti vəzifəsi üzrə işçi qəbulu elan edir. Bankdan fins.az-a verilən məlumata görə son müraciət tarixi 15 iyuldur.

Əsas vəzifə öhdəlikləri

- Virtualizasiya avadanlıqlarından istifadə edilməklə Linux ƏS bazasında proqram-aparaq kompleksinin idarə edilməsi

- Proqram təminatının tətbiqi konfiqurasiyası, Oracle DB ilə iş

- Skriptlərin yazılması və məlumatların mütəmadi olaraq rezervləşdirilməsi (backup)

- Aparat təminatının (server, məlumatların saxlanılması sistemi) quraşdırılması və konfiqurasiyası

- Logların təhlili, həmkarlarla və təchizatçılarla işləyərək problemlərin həll edilməsi

- Proqram təminatının yenilənməsinin test edilməsi, konfiqurasiya və skriptlərin sənədləşdirilməsi

Namizədə dair tələblər:

- Ali təhsil

- Sahə üzrə 1- 3 il iş təcrübəsi

- Şəbəkə texnologiyaları, əməliyyat sistemləri və tətbiqlər barədə biliklər

- Azərbaycan, rus və ingilis dilləri – yaxşı

- Problemə yönəlik analitik düşünmə tərzi

- Komanda ilə işləmək bacarığı

İş şərtləri

Iş vaxtı: 5 iş günü, 09.00-18.00

Əmək haqqı: iş təcrübəsindən asılı olaraq

İş yeri: Bakı şəh., Əməliyyat Mərkəzi

Müraciət üçün son tarix: 15/07/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Linux Administrator qeyd etməyi unutmayın!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272