VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA
29 İYUN
1751

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

2016-06-29 22:00:00

Kapital Bank Kadrlar Şöbəsinin Mütəxəssisi vəzifəsi üzrə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə 28 - 35 yaşlı, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan namizədlər vakansiya üçün müraciət edə bilərlər. Son müraciət tarixi 28 iyuldur.

İş barədə məlumat

- Kadrların uçotu ilə bağlı sənədləşmə işlərinin görülməsi

- Kadrlar üzrə məşğulluq hesabatlarının hazırlanması və tələb olunan qurumlara (Dövlət Statistika İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq İdarəsi və s.) təqdim edilməsi

- Elektron hökumət portalı vasitəsi ilə əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi

- Arayışların və məktubların hazırlanması və qeydiyyatının aparılması

- İşçilərin şəxsi işlərinin aparılması və formalaşdırılması

- Şöbənin fəaliyyəti ilə bağlı bankdaxili hesabatların hazırlanması və təqdim edilməsi

Namizədə tələblər

- Hüquqi ali təhsil

- Əmək qanunvericiliyini yüksək səviyyədə bilmək

- Məsuliyyətlilik, dəqiqlik və çevik qərarvermə qabiliyyəti

- Detallara qarşı diqqətlilik

- Mükəmməl səviyyədə Azərbaycan və Rus dili biliyi

- MS Office proqramlarında işləmək bacarığı

- Tələb olunan sahədə minimum 3 illik iş təcrübəsi

Telefon-(012) 598-12-95

E-mail- hkc@kapitalbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274