VAKANSİYA

"Turanbank" işçi axtarır - VAKANSİYA
29 İYUN
2444

"Turanbank" işçi axtarır - VAKANSİYA

2016-06-29 21:00:00

"Turanbank" Filial Müdiri vəzifəsinə işçi qəbulu elan edir. Bankdan fins.az-a verilən məlumata görə vakansiyaya 28 - 45 yaşlı, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər. Son müraciət tarixi 29 iyuldur.

İş barədə məlumat

- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil edir

- Müştərilərə yüksək səviyyədə bank məhsulları və xidmətlərinin satışını təşkil edir

- Tabeliyində olan strukturların fəaliyyətini tənzimləyir və onların əsasnamə funksiyalarının yerinə yetirməsinə nəzarət edir

- Bilavasitə tabeçiliyində olan işçilər arasında vəzifə bölgüsü aparır, müştəri xidmətinin bankdaxili qaydalara müvafiq olaraq aparılmasını təmin edir

- Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn bütün vəzifələrin icrasını təmin edir

- Filialın fəaliyyəti barədə uçot və hesabat şöbəsinə vaxtaşırı hesabat verir

- İdarə Heyəti Sədrinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir

- Filiallarla İş departamenti ilə əlaqədar işləyir

- Filialın şöbələri arasında şöbənin hədəflərini müəyyən edir

- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirləri haqqında Azərbaycan Respublikası qanunvericiliyinə və müvafiq bankdaxili qaydalara uyğun olaraq əməliyyatların aparılması üçün məsuliyyət daşıyır və şübhəli əməliyyatlar haqqında dərhal uyğunluq mütəxəssisinə məlumat verir

Namizədə tələblər

- Ən azı 3 il bank və rəhbərlik təcrübəsi

- İqtisadi və ya biznes təhsilinin olması

- Peşəkar bilik və təcrübə

- Müdirlik və kollektivdə işləmək qabiliyyəti

- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti

- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti

- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək

- İdarə Heyətinin müəyyən etdiyi digər tələblər

Anketlərinizi cv@turanbank.az e-mail adresinə göndərməyiniz xahiş olunur. Mətn hissəsində "Filial müdiri" sözünü yazmağı unutmayın.

Telefon- (012) 510-79-11

E-mail- cv@turanbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272