VAKANSİYA

"Bank of Baku" işçi axtarır - VAKANSİYA
26 İYUN
2010

"Bank of Baku" işçi axtarır - VAKANSİYA

2016-06-26 08:00:00

Bank of Baku PROBLEMLİ KREDİTLƏR/EKSPERT (ŞƏKİ, ŞİRVAN, XAÇMAZ, GƏNCƏ) vakansiyasına işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə vəzifə üçün əmək haqqı  400 AZN nəzərdə tutulub. Son müraciət tarixi 16 iyuldur.

İş barədə məlumat

- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır

- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür

- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir

Namizədə tələblər

- Təqib/yığım sahəsində iş təcrübəsi min 1 il (problemli borclar, əhali/müştəri ilə iş, gecikdirmələr üzrə iş)

- Səlis nitq qabiliyyəti

- İnandırma qabiliyyəti

- Fəal, stressə davamlı, inadkar, məqsədyönlü

- Azərbaycan dili biliyi - əla

- MS Office proqramlarında işləmək bacarığı

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Xahiş edirik, e-mail göndərərkən Mövzu hissəsində PKD və regionun adını yazmağı unutmayasınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271