VAKANSİYA

“İnkişaf üçün Maliyyə” BOKT işçi axtarır - VAKANSİYA
22 İYUN
1409

“İnkişaf üçün Maliyyə” BOKT işçi axtarır - VAKANSİYA

2016-06-22 21:00:00

BOKT "İnkişaf üçün Maliyyə" Şəki filialına Problemli Kreditlərin idarə edilməsi üzrə Menecer vəzifəsinə işçi qəbulu elan edir. Təşkilatdan fins.az-a verilən məlumata görə, vakansiya üçün son müraciət tarixi 20 iyuldur.

Namizədə dair tələblər:

- Ali təhsil (Maliyyə/iqtisadi)
- Azərbaycan dili biliyi
- Məsuliyyətli, dürüst və dəqiq; 
Yüksək ünsiyyətqurma bacarığı;
Öyrənməyə həvəsli;
- MS Office proqramlarında işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, daxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görmək;
- Gecikmədə olan borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığını təmin etmək;
- Məhkəmyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərmək.

İş üçün ərizələri/müraciətləri 20 iyul 2016-cı il tarixinədək aşağıdakı vasitələrdən biri ilə göndərə və ya telefonla edə bilərsiniz:

1. Şəki şəhər Sabit Rəhman küçəsi (Avtobazanın yanı) ünvanda filial ofisinə yaxınlaşmaqla;
2. Telefon vasitəsilə: Şəki: (994 24) 277 13 11; Mobil: (050) 246 35 89; 
Bakı: (994 12) 492 77 63;  
3. Elektron poçt: hr@findev.az

Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz müvafiq regionu və vəzifəni qeyd edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270