VAKANSİYA

“Bank BTB” ASC işçi axtarır - VAKANSİYA
22 İYUN
1580

“Bank BTB” ASC işçi axtarır - VAKANSİYA

2016-06-22 07:00:00

Bank “BTB” ASC Kreditlərə nəzarət departamentinin Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Son müraciət tarixi 30 iyundur.

İş barədə məlumat:

• Kredit və girov bazarlarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin  Bankın strategiyasına uyğun olaraq  təkmilləşdirilməsi üzrə  təkliflərini  Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
• Akkreditiv və qarantiyalar üzrə  müraciətləri qiymətləndirmək;
• Akkreditiv və qarantiyaları hazırlamaq və onların uçotunu aparmaq;
• Kredit sifarişlərinin qiymətləndirilməsinə yenidən baxmaq;
• Müştərilərin gəlir mənbəyini analiz etmək;
• Satışların  artırılması məqsədilə  təkliflərini  Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
• Bankdaxili qaydalara uyğun olaraq, ehtiyac olduqda girovların (ipoteka) ilkin qiymətləndirilməsində iştirak etmək;
• Birbaşa rəhbəri tərəfindən  həvalə  edilmiş  tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

• ali iqtisadi təhsil;
• kredit sahəsində azı 2 il bank təcrübəsi;
• analitik qabiliyyət;
• İngilis, azərbaycan, rus  dillərini  bilmək;
• səmərəli ünsiyyət qurma bacarığı;
• işgüzar ünsiyyət etikası;
• komandada işləmə qabiliyyəti;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.06.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270