VAKANSİYA

“PAŞA Bank” işçi axtarır - VAKANSİYA
19 İYUN
4065

“PAŞA Bank” işçi axtarır - VAKANSİYA

2016-06-19 22:00:00

“PAŞA Bank” Korporativ Bankçılıq üzrə Satış mütəxəssisi vəzifəsi ilə bağlı işə qəbul elan edir. Bankdan fins.az-a verilən məlumata görə -Maliyyə və iqtisadi sahədə ali təhsili olan şəxslər, Azərbaycan dilində yüksək səviyyədə İngilis və Rus dillərində yaxşı səviyyədə yazı və şifahi bacarıqların olan, Ofis Proqramlarından mükəmməl istifadə bacarığı olan və sözü gedən sahədə ən azı 3 illik iş təcrübəsi olan şəxslər vakansiya üçün müraciət edə bilərlər. Son müraciət tarixi 23 iyun 2016-cı ildir.

ƏSAS ÖHDƏLİKLƏR

- Potensial müştərinin cəlb edilməsi məqsədi ilə birbaşa əlaqənin qurulması, bank məhsulları və korporativ bankçılıq seqmentinin təklif etdiyi xidmətlər barəsində məlumatlandırılması

- Təyin edilmiş hədəflərin yerinə yetirilməsi

- Müştəri portfelində olan müştərilər ilə sıx əlaqələrin qurulması

- Cari və yeni müştərilərə yüksək səviyyəli xidmətin təqdim edilməsi

- Kreditin təhlili üçün tələb edilən sənədlərin toplanması və son qərar alınana qədər kreditlərin təhlili şöbəsi ilə sıx əməkdaşlıq edilməsi

- Prosedurlara uyğun olaraq kredit layihələrinin müvafiq kredit komitələrində təqdim edilməsi

- Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi

- Korporativ bankçılıq müştərilərinə Bank məhsullarının çarpaz satışlarının həyata keçirilməsi məqsədi ilə bankın digər xidmət göstərən bölmələri (investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, prayvit bankçılıq, dayrekt bankçılıq və filial müdirləri) ilə sıx əlaqələrin saxlanılması

- Şəxsi portfelinin keyfiyyətinə nəzarət edilməsi

- Daxili qaydalara əsasən gecikmiş müştəri portfelinin idarə edilməsi

- Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi

TƏLƏBLƏR

Ali təhsilin olması (Maliyyə və iqtisadi təhsilli şəxslərə üstünlük verilir);

Azərbaycan dilində yüksək səviyyədə İngilis və Rus dillərində yaxşı səviyyədə yazı və şifahi bacarıqların olması;

- Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;

Sözü gedən sahədə ən azı 3 illik iş təcrübəsinin olması;

- Məsuliyyətli və işində dəqiqlik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2016-cı il tarixinədək recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində nəzərə almaqla “Korporativ Bankçılıq üzrə Satış mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272