VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır - VAKANSİYA
13 İYUN
2731

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır - VAKANSİYA

2016-06-13 22:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası yeni vakansiyalar üzrə işçi qəbulu elan edib. Palatadan fins.az-a verilən məlumata görə- Ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitik, Ödəniş sistemlərinə nəzarət sektoruna böyük analitik –MBNP, Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin analitiki, Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin aparıcı analitiki, Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin rəisi və Ticarət əməliyyatlarına nəzarət idarəsində böyük analitik vəzifələrinə işçilər axtarılır.

Ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitik–Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər:

- Ali texniki/iqtisadi təhsil;

- Analoji sahə üzrə ən azı 2 il iş təcrübəsi;

- Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;

- Analitik düşüncə;

- Normayaradıcılıq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı – əla səviyyədə;

- Əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər – yaxşı səviyyədə;

- Ödəniş sistemləri və alətləri üzrə biliklər – əla səviyyədə;

- Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;

- Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartlar və Kriptoqrafiyadan anlayış;

- PCİ standartlar haqqında dərin anlayış;

- Elektron Ticarət haqqında dərin biliklər.

İşin təsviri:

- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;

- Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;

- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;

- Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanması və nəticələr barədə hesabatlar hazırlamaq;

- Təhlil nəticəsində aşkar olunmuş nöqsanlar haqqında rəhbərliyə məlumat vermək;

- Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;

- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştrak etmək;

- Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün təkliflər hazırlamaq;

- Maliyyə bazarları nəzarət palatasının digər struktur bölmələri ilə işdə daimi əlaqədə olmaq.

Ödəniş sistemlərinə nəzarət sektoruna böyük analitik-MBNP

Namizədə dair tələblər:

- Ali texniki/iqtisadi təhsil;

- Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;

- Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;

- Analitik düşüncə;

- Normayaradıcılıq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı – əla səviyyədə;

- Əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər – yaxşı səviyyədə;

- Ödəniş sistemləri və alətləri üzrə biliklər – əla səviyyədə;

- Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;

- Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartlar və Kriptoqrafiyadan anlayış;

- PCİ standartlar haqqında dərin anlayış;

- Elektron Ticarət haqqında dərin biliklər.

İşin təsviri:

- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;

- Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;

- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə iştirakçıların fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;

- Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanılması və nəticələr barədə hesabatlar hazırlamaq;

- Təhlil nəticəsində aşkar olunmuş nöqsanlar haqqında rəhbərliyə məlumat vermək;

- Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;

- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştirak etmək;

- Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün təkliflər hazırlamaq;

- İş prosesi daimi təkmiləşdirilməsi məqsədi ilə xarici ödəniş sistemləri ilə davamlı iş aparmaq;

- Maliyyə bazarları nəzarət palatasının digər struktur bölmələri ilə işdə daimi əlaqədə olmaq.

Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin analitiki vəzifəsi-Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər:

- İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə magistratura pilləsində bakalavr və magistratura təhsili;

- Analoji sahə üzrə ən azı 1 il iş təcrübəsi;

- Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə biliklər;

- Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;

- Kapital adekvatlığı və risklərin idarəolunması sahəsində yüksək biliklər;

- Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı;

- Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;

- İT resursları və ofis proqramları üzrə yüksək biliklər;

- Problemi həll etmək və qərarvermə qabiliyyəti;

- Analitik düşüncə qabiliyyəti;

- Ünsiyyət qabiliyyəti;

- İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.

İşin təsviri:

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə nəzarətin təmin edilməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğvinə dair təkliflərin verilməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə keçirilən yoxlamaların təşkil edilməsini təmin edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin hesabatlarının qəbul edilməsində, onları təhlil edilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə aparılan yoxlamalarda iştirak edir;

- Qiymətli kağızlar bazarı üzrə monitorinq iştirakçısı hesab edilən şəxslərin qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarətin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin tərəfindən qanun pozuntularına yol verilməməsi və qarşısının alınması məqsədilə, icrası məcburi olan göstərişlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər təsir tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar müvafiq tədbirlər görməsində iştirak edir;

- İdarənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatları hazırlayır;

- İdarəyə həvalə edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş, idarə rəisi və departament direktorunun göstərişlərinə uyğun digər vəzifələri yerinə yetirir.

Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin aparıcı analitiki-MBNP

Namizədə dair tələblər:

- İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə magistratura pilləsində bakalavr və magistratura təhsili (CFA və FRM dərəcəsi olanlara üstünlük veriləcək);

- Analoji sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;

- Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə yüksək biliklər;

- Kapital adekvatlığı və risklərin idarəolunması sahəsində yüksək biliklər;

- Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər;

- Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində yüksək biliklər;

- Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı;

- Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;

- İT resursları və ofis proqramları üzrə yüksək biliklər;

- Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti;

- Problemi həll etmək və qərarvermə qabiliyyəti;

- Analitik düşüncə qabiliyyəti;

- Ünsiyyət qabiliyyəti;

- İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.

İşin təsviri:

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə və mərkəzi depozitara nəzarətin təmin edilməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğvinə dair təkliflərin verilməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə keçirilən yoxlamaların təşkil edilməsini təmin edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin hesabatlarının qəbul edilməsində, onların təhlil edilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə aparılan yoxlamalarda iştirak edir;

- Qiymətli kağızlar bazarı üzrə monitorinq iştirakçısı hesab edilən şəxslərin qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarətin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsində iştirak edir;

- Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın tərəfindən qanun pozuntularına yol verilməməsi və qarşısının alınması məqsədilə, icrası məcburi olan göstərişlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər təsir tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar müvafiq tədbirlər görməsində iştirak edir;

- İdarənin fəaliyyətini əks etdirən hesabatları hazırlayır;

- İdarəyə həvalə edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş, idarə rəisi və departament direktorunun göstərişlərinə uyğun digər vəzifələri yerinə yetirir.

Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsinə tələb edilən bilik və bacarıqlar- Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər:

- İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə magistratura pilləsində bakalavr və magistratura təhsili (CFA və FRM dərəcəsi olanlara üstünlük veriləcək);

- Analoji sahə üzrə ən azı 5 il iş təcrübəsi;

- Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər;

- Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində yüksək biliklər;

- Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə yüksək biliklər;

- Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı;

- Kapital adekvatlığı hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində yüksək biliklər;

- Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;

- İT resursları və ofis proqramları üzrə yüksək biliklər;

- Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti;

- Problemi həll etmək və qərarvermə qabiliyyəti;

- Analitik düşüncə qabiliyyəti;

- Ünsiyyət qabiliyyəti;

- İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.

İşin təsviri:

  •          İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
  •          İdarə əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək intizamına riayət edilməsinə nəzarət edir;
  •          İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə idarənin strateji və taktiki fəaliyyət planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və icrasına nəzarət edir;
  •          İdarənin fəaliyyətinə dair rəhbərliklə müzakirə edilməli olan məsələləri müəyyən edir və zəruri hallarda bu barədə təklifləri rəhbərliyinə təqdim edir;
  •          İdarəyə daxil olan sənədlərə baxır, onların vaxtında hazırlanması və düzgün cavablandırılmasını təmin edir;
  •          Öz səlahiyyətləri çərçivəsində sənədləri imzalayır;
  •          İdarənin vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrindən zəruri olan məlumatları və sənədləri əldə edir;
  •          İdarənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün rəhbərliyə təqdimatlar verir;
  •          İdarənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasına nəzarət edir;
  •          Vəzifəsi üzrə Palata rəhbərliyi tərəfindən müəyyən edilmiş digər tapşırıqları icra edir.

Ticarət əməliyyatlarına nəzarət idarəsində böyük analitik-MBNP

Namizədə olan tələblər:

  •          İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə bakalavr və magistratura təhsili;
  •          Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
  •          Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;
  •          Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə yüksək biliklər;
  •          Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;
  •          Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;
  •          Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
  •          Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
  •          Yüksək ünsiyyət və təqdimat vərdişləri:
  •          Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
  •          İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
  •          CFA və FRM sertifikatı;
  •          Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python).

İşin təsviri:

  •          İdarəyə daxil olan sənədlərlə tanış olub, icrasını təmin edir;
  •          İdarənin işinin təkmilləşdirilməsi məqsədi ilə təkliflər verir;
  •          Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
  •          İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;
  •          Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
  •          İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
  •          Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
  •          Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;
  •          Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;
  •          İdarənin fəaliyyətinə dair müvafiq hesabatların hazırlanmasında iştirak edir.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  hr@fmsa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270