VAKANSİYA

“Rəvan Sığorta” işçi axtarır - VAKANSİYA
12 İYUN
1958

“Rəvan Sığorta” işçi axtarır - VAKANSİYA

2016-06-12 22:00:00

“Rəvan Sığorta” şirkəti hüquq şöbəsinin müdiri vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, 28-35 yaşlarında ali hüquq təhsilli  (magistr təhsili olanlara üstünlük veriləcək), məhkəmə və icra işləri sahəsində ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 10-dur.

Namizədə dair tələblər:

- Təcrübə: Məhkəmə və icra işləri sahəsində ən azı 3 il iş təcrübəsi malik olmalıdır.
Təhsil: ali hüquq (magistr təhsili olanlara üstünlük veriləcək). Mülki, Mülki Prosessual, İnzibati, Əmək və Sığorta qanunvericiliyini bilməlidir. Sığorta sahəsində iş təcrübəsinə malik olanlara üstünlük veriləcəkdir.
- Dil bilikləri:Rus və İngilis dili orta səviyyədə bilməlidir.
- Kompyuter bilikləri: Microsoft office- word, excel- əla bilməlidir.
- Yaş: 28-35 yaş
- Cinsiyyət:  fərq etmir.
Sürücülük vəsiqəsinin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanmasın təmin edilməsi;
- Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanmasını təmin etmək;
- Cəmiyyət fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanmasını təmin etmək;
- Cəmiyyətin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
- məhkəmə qətnamələrinin icrası ilə bağlı icra şöbələri ilə işlərin təşkili və buna nəzarəti təmin etmək;
- Cəmiyyət adından aparılan rəsmi yazışmaları təmin etmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 5 gün; istirahət günü: şənbə, bazar günü
- əmək haqqı  razılaşdırılma yolu ilə

E-mail: info@revansigorta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275