VAKANSİYA

İcbari Sığorta Bürosu işçi axtarır - VAKANSİYA
10 İYUN
1895

İcbari Sığorta Bürosu işçi axtarır - VAKANSİYA

2016-06-10 22:00:00

İcbari Sığorta Bürosu (İSB) kompensasiya və subroqasiya şöbəsinin müdiri vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli və ən azı 5 illik iş stajına malik olan, məhkəmə sistemində iş təcrübəsinə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 30-dur.

Namizədə dair  tələblər:

• Ali hüquq təhsilli və ən azı 5 illik iş stajına malik olmalı;
• Məhkəmə sistemində iş təcrübəsinə malik olmalı (1-ci instansiya məhkəməsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini və Cinayət-Prosessual Məcəlləsini, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarını mükəmməl səviyyədə bilməli;
• Vətəndaşlarla və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə qurmaq qabiliyyətinə malik olmalı;
• Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
• Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı.

İşin təsviri:

• “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin həyata keçirilməsi üzrə işi müstəqil surətdə təşkil etmək və aparmaq;
• Kompensasiya ödənişləri ilə əlaqədar müraciət edən şəxslərə izahatlar vermək, onlardan müvafiq sənədləri qəbul etmək;
• Müvafiq hüquqi sənədlərin qanunun tələblərinə uyğun tərtib edilməsinə və tamlığına nəzarət etmək;
• Təqdim edilən sənədlər əsasında kompensasiya işi açmaq, şöbənin əməkdaşları tərəfindən kompensasiya işi üzrə icraatın sərbəst şəkildə aparılmasına nəzarət etmək;
• Kompensasiya ödənişləri ilə bağlı müraciətlərə baxaraq cavab, qərar layihələrini hazırlamaq;
• Kompensasiya ödənişləri həyata keçirildikdən sonra Büronun subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı işlərinin məhkəmədən kənar və məhkəmə qaydasında həll edilməsini həyata keçirmək;
• Kompensasiya işləri üzrə məhkəmələrdə nümayəndə qismində çıxış etmək;
• Məhkəmə qərarlarının icra edilməsi üzrə işlər aparmaq və bu işə nəzarət etmək;
• İcbari sığorta növləri üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək, səlahiyyətləri daxilində icbari sığorta sahəsində münasibətləri tənzimləyən normativ aktların və metodik tövsiyələrin layihələrini hazırlamaq və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.06.2016-cı il tarixinədək kabbasova@isb.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

 Telefon: 012 595 00 20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275