VAKANSİYA

“Azərbaycan Sənaye Sığorta” işçi axtarır – VAKANSİYA
09 İYUN
2547

“Azərbaycan Sənaye Sığorta” işçi axtarır – VAKANSİYA

2016-06-09 08:00:00

“Azərbaycan Sənaye Sığorta” sistem təkmilləşdirmə mütəxəssisi vəzifəsinə işçi axtarır.Şirkətdən fins.az-a verilən məlumata görə, ali təhsilli (İnformasiya texnologiyaları sahəsində), müvafiq sahədə ən azı 3 il təcrübəsi olan, proqramlaşdırma dilləri və verilənlər bazası, Cisco sistemi, 1C, İnsure.az proqramlarını mükəmməl səviyyədə bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.İşlə bağlı son müraciət tarixi iyul ayının 7-dir.

Namizədə dair tələblər:

• Ali təhsil (İnformasiya texnologiyaları sahəsində)
• Müvafiq sahədə ən azı 3 il təcrübə
• Proqramlaşdırma dilləri və verilənlər bazası, Cisco sistemi, 1C, İnsure.az proqramlarını mükəmməl səviyyədə bilməli; 
• TCP/İP, UDP, CDP, STP, İCMP, SNMP,FTP, SSH, Telnet ve s. Protokollarını bilməli 
• Dil bilikləri: ingilis dili, rus dili, türk dili
 
Vəzifə öhdəlikləri:

• Backup və restore administrativ işlərinin idarə olunması

• 1 C programının idarə edilməsi, nasazlıqların zamanında aradan qaldırılması

• İnsure.az programının idarə edilməsi, nasazlıqların zamanında aradan qaldırılması

• Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq
• İş prosesində müvafiq ofis proqramlarından və RS bank proqramından istifadə etməkdə texniki yardım göstərmək və işçilərə təlimlər keçmək
• Server infrastrukturunun administrasiyası
• Şəbəkənin təhlükəsizliyini təmin etmək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Sistem Təkmilləşdirmə Mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər.

Tel: 012 404 13 03 (04)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270