VAKANSİYA

“NBC Bank” işçi axtarır -VAKANSİYA
07 İYUN
2011

“NBC Bank” işçi axtarır -VAKANSİYA

2016-06-07 22:00:00

“NBC Bank”  biznesin inkişafi departamentinin satış üzrə mütəxəssisi vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə, ali təhsilli, bank sektorunda korporativ müştərilərlə iş üzrə ən azı 1 illik iş təcrübəsi olan, azərbaycan və rus dillərində səlist, ingilis dilində orta səviyyədə danışıq bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 7-dir.

Namizədə dair tələblər:

- Ali təhsil 
- Bank sektorunda korporativ müştərilərlə iş üzrə ən azı 1 illik iş təcrübəsi  
- İnsanlarla ünsiyyət qurma bacarığı. 
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma. 
- Analitik qabiliyyət. 
- Azərbaycan və rus dillərində səlist, ingilis dilində orta səviyyədə danışıq bacarığı. 
- MS Office proqramlarında işləmə bacarığı

Vəzifə öhdəlikləri:

- Müştərinin Bankın məhsul və xidmətləri barədə məlumatlandırılması. 
- Müştəri cəlbi üzrə strategiyaların qurulması və həyata keçirilməsi.
- Yeni satış texnologiyalarının təklif edilməsi
- Korporativ müştərilərin cəlb edilməsi məqsədilə şirkətlərlə görüşlərin təyin edilməsi və keçirilməsi.
- Bankın satış şəbəkəsinin genişləndirilməsi
- Satışın artırılması istiqamətində regionlarda keçiriləcək məhsul yarmarkalarında iştirak və bu yarmarkaların səmərəli olması üçün lazımi ləvazimat və materialların hazırlanması.

Əmək haqqı:  500 AZN

Müraciət etmək istəyənlər CV formalarını aliyeva.s@nbcbank.az elektron ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: hr@nbcbank.az

Telefon (012) 566 46 46 ; 932 218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272