VAKANSİYA

"Bank of Baku” işçi axtarır - VAKANSİYA
05 İYUN
3326

"Bank of Baku” işçi axtarır - VAKANSİYA

2016-06-05 09:00:00

"Bank of Baku” daxili audit departamentinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul elan edib. Bankdan fins.az-a verilən məlumatına görə, ali təhsilli, sahə üzrə 1-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 30-dur.

Departament/şöbə: Daxili Audit Departamenti

Əsas vəzifə öhdəlikləri

Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
- Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
- Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsiØ
- Risk ehtimalı ilə əlaqədar bank kapitalının yoxlanılması və qiymətləndirilməsi
- Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
- Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi
- Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının təftişinin və auditinin aparılması və s.

Namizədə dair tələblər:

- Ali təhsil (maliyyə, iqtisadiyyat)
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Azərbaycan dili - əla, rus və ingilis dilləri –yaxşı
- MS Office proqramları ilə işləmə bacarığı (MS Excel-də praktik işləmə bacarığı)
- Yüksək təhlil qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı
- Xarici audit şirkətində iş təcrübəsi olanlara üstünlük verilir

İş şərtləri

 İş vaxtı: 5 iş günü, 09.00-18.00 
 İş yeri: Baş Ofis
 Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 30/06/2016

Tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Audit sözünü qeyd edilməlidir.

Telefon: (012) 447 00 55

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272