VAKANSİYA

“AXA MBASK” işçi axtarır- VAKANSİYA
04 İYUN
2217

“AXA MBASK” işçi axtarır- VAKANSİYA

2016-06-04 08:00:00

AXA MBASK” gecə növbəsi həkim-mütəxəssisi vəzifəsinə işçi axtarır. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, 25-40 yaşlarında ali tibbi təhsilli, azərbaycan, rus dili (mükəmməl səviyyədə) və ingilis dilini(orta səviyyədə) bilən, ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 3-dür.

Namizədə dair tələblər:

• Yaş həddi : 25 - 40
• Təhsil: Ali tibbi təhsil 
• Dil bilikləri : Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dili isə orta danışıq səviyyədə
• İş təcrübəsi: ən azı 2 il iş təcrübəsi olanlara üstünlük verilir
• İT bilgiləri: MS Windows, MS Office (Excell”-i mükəmməl bilməsi)
• Komanda ruhunda işləmək, peşəkar, məsuliyyətli, dürüst və dəqiq olmaq, eləcə də məxfiliyi qorumaq qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

• Müştərilər tərəfindən olan müraciətlərə cavab vermək 
• Müştərinin arzusu ilə həkimin müayinəsinə vaxt təyin ounlması və başqa tibbi xidmətlərdən keçmək məqsədi ilə klinikaya təyinat
• Xidmətin keyfiyyət səviyəsini örgənmək məqsədi ilə müştəri ilə təkrar əlaqənin saxlanılması
• Məlumat Bazasına müraciət barəsində məlumatın daxil edilməsi
• Klinikalardan aylıq reyestrların alınması
• Zərərlər haqqında məlumatların Məlumat Bazasına əlavə edilməsi
• Xidmətlərin səviyəsinin və müştərilərin məmnuniyyətinin  yoxlanılması məqsədi ilə sorğuların keçirilməsi
 
Ə/h :  razılaşma yolu ilə
 
Müraciət etmək istəyənlər CV-ləri Həkim-Mütəxəssis mövzusu ilə career@axambask.az elektron poçt ünvanına göndərə bilərlər.

Telefon: 950

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275