VAKANSİYA

“InvestAZ” işçi axtarır – VAKANSİYA
03 İYUN
1841

“InvestAZ” işçi axtarır – VAKANSİYA

2016-06-03 08:00:00

“İnvestAZ” kredit üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, ali  təhsilli, müvafiq sahədə 1-3 il iş təcrübəsi olan, rus dilini mükəmməl, forex sahəsini yaxşı bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 30-dur.

Namizədlərə  dair tələblər:

– Ali təhsil;
– Müvafiq sahədə ən azı 1-3 il iş stajı;
– Rus dilini mükəmməl bilənlərə üstünlük verilir;
– Forex sahəsini yaxşı bilmək;
– MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmaq;
– Yüksək analitika qabiliyyəti;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqları;
– Satışın psixologiya və prinsiplərini yaxşı bilmək;
– Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;

Əsas vəzifə öhdəlikləri:

– Şirkətin məhsul və xidmətlərinin təqdimatı və satışı;
– Potensial müştərilərin cəlb edilməsi;
– Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
– Müştərilərdən daxil olan zənglərə operativ cavablandırılması;

İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 19:00-a qədərdir. Şənbə günü saat 10:00-dan 17:30-a qədərdir.

Şirkət nahar verir, telefon xərclərini qarşılayır.

Maraqlananlar CV-lərini  hr@investaz.net elektron poçt ünvanına göndərə bilərlər. Kredit üzrə mütəxəssis və kişi namizədlərə üstünlük verilir.

Tel: *1234

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274