VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır - YENİ VAKANSİYALAR
01 İYUN
4239

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır - YENİ VAKANSİYALAR

2016-06-01 22:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası yeni vakansiyalar üzrə işçi qəbulu elan edib.Palatadan fins.az-a verilən məlumata görə, ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki,beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri, maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin analitiki/ aparıcı analitiki, ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitiki/ böyük analitiki və  beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdirivəzifələrinə işçilər axtarılır. İşlə bağlı son müraciət tarixi  iyun ayının 30-dur.

Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki

Namizədə olan tələblər:

• Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə ) 
• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;
• Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;
• Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;
• Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
• Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
• Yüksək ünsiyyət və təqdimat vərdişləri:
• Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
• İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
• CFA və FRM üzrə beynəlxalq sertifikata sahib olan namizədlərə və  Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python ) üzrə bilikləri olan namizdlərə üstünlük verilir;

İşin təsviri:

• Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
• İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;
• Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
• Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
• Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;
• Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;

Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin analitiki/ aparıcı analitiki

Namizədə dair tələblər:

• Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə) 
• Analoji sahə üzrə ən azı 3-5  il iş təcrübəsi;
• Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə biliklər;
• Kapital adekvatlığı və risklərin idarəolunması sahəsində biliklər;
• Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə  biliklər;
• Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
• Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı;
• Səlis Azərbaycan və İngilis dili bilikləri;
• İT resursları və ofis proqramları üzrə biliklər;
• Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti;
• Problemi həll etmək və qərarvermə qabiliyyəti;
• Analitik düşüncə və ünsiyyətqurma bacarığı;
• İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.
• CFA və FRM dərəcəsi olanlara üstünlük veriləcək;

İşin təsviri:

• Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə və mərkəzi depozitara nəzarətin təmin edilməsində iştirak edir;
• Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə verilmiş xüsusi razılığın (lisenziyanın)  ləğvinə dair təkliflərin verilməsində iştirak edir;
• Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin hesabatlarının qəbul edilməsində, onların təhlil edilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsində və müvafiq yoxlamalarda iştirak edir;
• Qiymətli kağızlar bazarı üzrə monitorinq iştirakçısı hesab edilən şəxslərin qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarətin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsində iştirak edir;

Ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitiki/ böyük analitiki

Namizədə dair tələblər:

• Ali texniki/iqtisadi təhsil;
• Analoji sahə üzrə 2-5 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;
• Analitik düşüncə;
• Normayaradıcılıq bacarığı;
• Komandada  işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı, əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər;
• Ödəniş sistemləri və alətləri üzrə biliklər ;
• Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;  
• Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartları və Kriptoqrafiya haqqında biliklər; 
• PCİ standartları və elektron ticarət haqqında anlayış;

İşin təsviri:

• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;
• Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;
• Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanması və nəticələr barədə hesabatlar hazırlamaq;  
• Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştrak etmək;
• Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün  təkliflər hazırlamaq;

Beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri

Namizədə dair tələblər:

• İqtisadi/maliyyə/beynəlxalq münasibətlər sahəsində ali təhsil;
• Analoji sahə üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• Ölkənin maliyyə sektorunun strukturu və cari vəziyyəti barədə biliklər;
• Beynəlxalq maliyyə institutlarının fəaliyyəti üzrə məlumatlılıq;
• Layihələrin idarə edilməsi üzrə biliklər;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı. 
• Yüksək səviyyədə ünsiyyətqurma bacarığı;

İşin təsviri:

• Palatanın beynəlxalq strategiyasının hazırlanması;
• Beynəlxalq maliyyə institutları və donor təşkilatları ilə əlaqələrinin genişləndirilməsi;
• Texniki əməkdaşlıq layihələrinin hazırlanması;
• Beynəlxalq layihələrin idarə olunması.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Əlaqə vasitələri:

E – mail :  hr@fmsa.az

 Telefon: 012 493 50 58

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275