VAKANSİYA

“Unibank” işçi axtarır- VAKANSİYA
29 MAY
3062

“Unibank” işçi axtarır- VAKANSİYA

2016-05-29 22:00:00

“Unibank  bank sistemlərinin proqramlaşdırılması qrupunun mütəxəssisi vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə,  ali təhsilli (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində), Oracle PL/SQL ilə minimum 2 il,Java EE, JSF ilə minimum 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  iyun ayının 6-dir.

Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank

Vəzifə : Bank sistemlərinin proqramlaşdırılması qrupunun Mütəxəssisi

Departament: Proqramlaşdırma departamenti

Müqavilə şərtləri: Daimi
 
Vəzifə öhdəlikləri

• Bankın fəaliyyətinin müxətlif istiqamətlərinin avtomatlaşdırılması üçün texniki tapşırığa müvafiq olaraq proqramların, sistem utilitlərinin, servislərinin və digər sistem proqram təminatlarının işlənib hazırlanması;
• Proqramlaşdırma bölməsinin əməkdaşları tərəfindən işlənib hazırlanmış proqramların dəstəklənməsi və müşayiət edilməsi.

Namizədə dair tələblər
 
• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə) 
• Oracle PL/SQL ilə minimum 2 il iş təcrübəsi
• Java EE, JSF ile minimum 3 il iş təcrübəsi
• WebService-lərlə (SOAP,REST) iş təcrübəsi
• Maven vəya oxşar instrumentlər uzrə biliklər
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Ünsiyyət bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil iləUnibank2@unibank.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adını email-ın mövzu hissəsində (Bank sistemlərinin proqramlaşdırılması qrupunun Mütəxəssisi) göstərilməlidir.

Telefon: (012) 498 22 44

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272