VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır- YENİ VAKANSİYALAR
29 MAY
2615

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır- YENİ VAKANSİYALAR

2016-05-29 22:00:00
Maliyyə Bazarlarına Nəzarət Palatası yeni vakansiyalar üzrə işçi qəbulu elan edib.Palatadan fins.az-a verilən məlumata görə, hüquq və icraat departamentinin aparıcı hüquqşünası,prudensial  siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə), prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə), strateji təhlil və risklərin idarə edilməsi idarəsi – analitik, təminat və satınalmalar sektorunun müdiri, informasiya texnologiyaları idarəsi – sistem inzibatçısı və  sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis vəzifələrinə işçilər axtarılır.

Hüquq və icraat departamentinin aparıcı hüquqşünası

Namizədə dair tələblər:

  • Hüquq üzrə bakalavr və magistr təhsili (xaricdə təhsil alanlara üstünlük veriləcək)
  • Analoji sahə üzrəən azı 3-5 il iş təcrübəsi
  • Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti
  • Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı
  • Normayaradıcılıq bacarığı
  • Komanda ilə işləmək bacarığı
  •  İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

  • Maliyyə bazarlarına aid olan normativ aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi
  • Maliyyə bazarlarına aid olan beynəlxalq qanunvericilik üzrə məlumatların toplanması, təhlil aparılması və təkliflər hazırlanması
  • Palatanın təşəbbüsü ilə təqdim edilən sənədlərin hazırlanması və ya Palataya daxil olan qanun, fərman və qərar layihələrinə dair rəy və təkliflərin verilməsi
  • Palatanın bağladığı müxtəlif xarakterli müqavilələrin hazırlanması, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi
  • Palataya daxil olan hüquqi sorğuların cavablandırılması
  • Palatanın daxili prosedur qaydalarının hazırlanması və digər struktur bölmələr tərəfindən hazırlanmış daxili prosedur qaydalara dair hüquqi rəyin verilməsi
  • Departamentin strateji və taktiki planlarının müəyyən edilməsində və hazırlanmasında iştirak
  • Məhkəmə instansiyalarında Palatanın təmsil edilməsi, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlanması

Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)

 Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat üzrə);
  • Analoji sahə üzrəən azı 2 il iş təcrübəsi;
  • Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
  • İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

  • Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;
  • Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
  • Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
  • Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
  • Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;
  • Sığorta istiqaməti üzrə digər işləri yerinə yetirir.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə)

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat üzrə);
  • Anoloji sahə üzrəən azı 2 il iş təcrübəsi;
  • Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
  • İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
  • Maliyyə analizi və investisiya sahəsi üzrə beynəlxalq peşəkar kvalifikasiyalı sertifikatkarın olması arzuolunandır.

İşin təsviri:

  • Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;
  • Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
  • Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;
  • Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Strateji təhlil və risklərin idarə edilməsi idarəsi – analitik

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat üzrə);
  • Anoloji sahə üzrəən azı 2 il iş təcrübəsi;
  • Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
  • İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

  • Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün risklərin mitiqasiyası üçün təkliflər verir;
  • Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;
  • İqitisadi siyasətin, o cümlədən fiskal və monetar siyasət ssenarilərinin maliyyə bazarlarına mümkün təsiri kanallarını tədqiq edir;
  • Maliyyə bazarlarında stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Təminat və satınalmalar sektorunun müdiri-Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Beynəlxalq münasibətlər);
  • Analoji sahə üzrə 5 il iş təcrübəsi; idarəetmə təcrübəsi;
  • Protokol işi sahəsində biliklər;
  • Beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı;
  • İntensiv rejimdə və komandada işləmək bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Səlis Azərbaycan, yüksək səviyyədə ingilis və rus dili bilikləri;
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

  • Palatada satınalmalar üzrə işi təşkil edir;
  • Təminat və satınalmalar üzrə bazarı təhlil edir, potensial iddiaçıları araşdırır;
  • İddiaçılardan gələn təklifləri araşdırır və təhlil edir;
  • Bağlanmış satınalma müqavilələrinin şərtlərinəəməl olunmasına nəzarət edir;
  • Palatanın struktur bölmələrinin fəaliyyətinə lazım olan maddi ehtiyatların, hesablama texnikası və onların ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının təchizatına nəzarət edir;

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

 İnformasiya texnologiyaları idarəsi – sistem inzibatçısı-Maliyyə Bazarlarına Nəzarət Palatası
 Namizədə dair tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
  • Müasir proqram və texniki platformalar, həmçinin informasiya təhlükəsizliyi üzrə biliklər;
  • Proqram təminatlarının istismarı və lokal kompüter şəbəkəsinin idarə edilməsi üzrə praktiki biliklər;
  • Məlumat bazalarının idarəetmə sistemləri, müasir ofis proqram təminatları vəəməliyyat sistemləri və sistem inzibatçılığı üzrə biliklər;
  • İT üzrə 3-5 il iş təcrübəsi;
  • Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
  • Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

 İşin təsviri:

  • Palatanın şəbəkə serverlərinin vəəməliyyat sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyətinin həyata keçirilməsini təşkil edir;
  • Proqram təminatlarının və texniki avadanlıqların test yoxlamasında iştirak edir;
  • Proqram təminatlarının istismarı ilə bağlı texniki sənədləri tərtib edir;
  • İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür; 

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis- Maliyyə Bazarlarına Nəzarət Palatası 

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, audit, mühasibat uçotu və aktuari hesablamaları üzrə);
  • Analoji sahə üzrə 2 il iş təcrübəsi (beynəxalq audit şirkətlərində iş təcrübəsinə üstünlük verilir);
  • 1C proqram təminatı ilə iş təcrübəsi olanlara üstünlük verilir;
  • Vergi qanunvericiliyi üzrə biliklər
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə biliklər
  • Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
  • Səlis Azərbaycan və ingilis dili bilikləri;
  • İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti;
  • Sığorta Sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

  • Sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri üzrə yoxlamaların təşkili;
  • Yoxlamaların nəticələrinə dair hesabatların, aktların və audit nəticələrinin hazırlanması;
  • İş zərurəti iləəlaqədar xidməti ezamiyyətə göndərilmə.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  hr@fmsa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275