VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır- VAKANSİYA
27 MAY
3305

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır- VAKANSİYA

2016-05-27 08:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası informasiya texnologiyaları idarəsinə  sistem inzibatçısı vəzifəsinə işçi axtarır. Palatadan fins.az-a verilən məlumata görə,  ali təhsilli (İnformasiya texnologiyaları üzrə), İT üzrə 3-5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər:
• Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
• Müasir proqram və texniki platformalar, həmçinin informasiya təhlükəsizliyi üzrə biliklər; 
• Proqram təminatlarının istismarı və lokal kompüter şəbəkəsinin idarə edilməsi üzrə praktiki biliklər; 
• Məlumat bazalarının idarəetmə sistemləri, müasir ofis proqram təminatları və əməliyyat sistemləri və sistem inzibatçılığı üzrə biliklər;
• İT üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
• Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

İşin təsviri:
• Palatanın şəbəkə serverlərinin və əməliyyat sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyətinin həyata keçirilməsini təşkil edir;
• Proqram təminatlarının və texniki avadanlıqların test yoxlamasında iştirak edir;
• Proqram təminatlarının istismarı ilə bağlı texniki sənədləri tərtib edir;
• İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@fmsa.az elektron ünvanına göndərə bilərlər. Namizədlər müraciət etdiklərivəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271