VAKANSİYA

“Parabank” işçi axtarır - VAKANSİYA
24 MAY
1573

“Parabank” işçi axtarır - VAKANSİYA

2016-05-24 08:00:00

“Parabank”  marketinq şöbəsinin müdiri vəzifəsinə işçi qəbul elan edib.  Bankdan fins.az-a verilən məlumata görə ali təhsilli, menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti olan, bu sahədə dörd illik təcrübəyə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  iyun ayının 23-dür.

Namizədə dair tələblər:

- Ali təhsil; 

- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

- Hesabatın hazırlanması və yazışma bacarığı;

- Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;

- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;

- Azərbaycan, Rus dilində sərbəst danışıq və yazışma bacarığı, rus dilini orta səviyyədən yüksən bilmək;

- Bu sahədə dörd illik təcrübəyə malik olması;

Əsas vəzifə öhdəlikləri

- Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;

- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparır, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirir;

- Məhsulu və xidmət yaradır və onun satış kanallarının müəyyən edir;

- Rəqiblərin araşdırılması və  onlar üzrə məlumat bazası yaradılmasını təşkil edir və onu daima təkmilləşdirir;

- Satışın təşkili ilə bağlı öz təkliflərini verir;

- Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərir;

- Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görür;

- Bankın broşuralarının və illik hesabatının hazırlanması;

- Bankın internet səhifəsində məlumatların yeniləşməsi qayğısına qalır;

- Bankda keyfiyyətə nəzarət işini təşkil edir;

- Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görür;

- Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması qayğısına qalır.

Müraciət etmək istəyənlər CV-ləri  Marketinq şöbəsi - müdir  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274