VAKANSİYA

“Accessbank” işçi axtarır - VAKANSİYA
23 MAY
2410

“Accessbank” işçi axtarır - VAKANSİYA

2016-05-23 00:01:00

“Accessbank”  mobil tətbiq layihəçisi vəzifəsinə işə qəbul elan edib.  Bankdan  fins.az verilən məlumata görə, ali təhsilli, Mükəmməl JavaScript, Git, HTML/CSS biliyi, mobil tətbiqləri işləyib hazırlamaq təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 13-dür.

Vəzifə öhdəlikləri:

- IOS, Android üzrəmobiltətbiqlərin (application) hazırlanması

- Meteor, MongoDB, Bootstrap,  JQueryplatformalarından istifadə etməklə veb-tətbiqlərin tam həcmdə işlənib hazırlanması

- Qrafik interfeyslərin işlənib hazırlanması

- Web servislərə çağırışın yazılması

- Qoyulmuş tələblərin icrası üçün funksional və arxitektur həllərinin işlənib hazırlanması

Əsas tələblər:

- Ali təhsil

- Mükəmməl JavaScript, Git, HTML/CSS biliyi

- Mobil tətbiqləri işləyib hazırlamaq təcrübəsi

- Ünsiyyətcillik, təfsilatlara diqqət yetirmək bacarığı, istər texniki, istərsə də qeyri-texniki ideyaları həmsöhbətlərə çatdırmaq qabiliyyəti, analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı

İkinci dərəcəli tələblər:

- Meteor.js, node.js, d3.js, jQuery, M.E.A.N., Bootstrap, Angular, React, Ionic, Cordova və s. kimi platformalarda, freymvörklərdə və ya kitabxanalarda iş təcrübəsinə üstünlük verilir.

- Linux, nginxilə iş təcrübəsinə üstünlük verilir.

- Windows üçün mobil tətbiqlərin işlənib hazırlanması

- Rus və Azərbaycan dilləri biliyi

- İngilis dili biliyi - sənədlərin oxunması səviyyəsində

- Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.

- Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Tbilisi prospekti 3
Bakı, Azərbaycan, AZ1065
Telefon: (+99412) 490 80 10

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272