VAKANSİYA

“Xalq Bank” işçilər axtarır- VAKANSİYA
20 MAY
3761

“Xalq Bank” işçilər axtarır- VAKANSİYA

2016-05-20 08:00:00

“Xalq Bank”  yeni Göyçay filialına işçilər axtarır. Müştəri xidməti şöbəsinin staıçı kassirikredit şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edilib. Bankdan fins.az-a verilən məlumata görə, maliyyə, iqtisadiyyat, menecment və hüquq sahəsində ali magistr təhsilli (və ya ona bərabər tutulan təhsil səviyyəsi), riyazi hesablama aparmaq qabiliyyəti, hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan namizədlər stajçı kassir vakansiyası üzrə müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  iyun ayının 18-dir.

Əmək haqqı: (380 AZN-dən 700 AZN-dək)

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (380AZN) ödənilməklə stajçı kassir götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Göyçay

Namizədə dair tələblər:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır ;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; 
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və onları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri:

İŞİN TƏSVİRİ:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.

Vəzifə:  “Göyçay ” filialının Kredit şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi

Əmək haqqı: (590 AZN-dən 1370 AZN-dək )

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (390 AZN) ödənilməklə stajçi mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Göyçay

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır ;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri:

İŞİN TƏSVİRİ:

• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına nəzarət;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

İşlə bağlı müraciət etmək istəyən namizədlər "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd etməklə cv@xalqbank.az  elektron ünvanına göndərə bilərlər.

Əlaqə vasitələri:

E - mail :  cv@xalqbank.az

Telefon: (012) 404 43 39

Faks:  (012) 404 43 34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275