VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
18 MAY
2491

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2016-05-18 00:01:00
“Bank BTB” kiçik və orta biznes kreditləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Bankdan fins.az-a verilən məlumata görə,  ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir), kiçik orta sahibkarlıq kreditləri sahəsində ən azı 1 il iş təcrübəsiolan namizədlər vakansiya ilə bağlı müraciət edə bilər. İşlə bağlı son müraciət tarixi iyun ayının 25-dir.

İş barədə məlumat:

- Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;

- Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;

- Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;

- Filialın kiçik, orta, iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq;

- Filialda kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə dair tələblər:

- Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);

- Kiçik orta sahibkarlıq kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;

- Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;

- Analitik təhlil qabiliyyətinə malik olmaq və problemləri həll etmə bacarıqlarına sahib olmaq;

- Satış qabiliyyətinə malik olmaq;

- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis)  göstərilməlidir.

Telefon: 946

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272