VAKANSİYA

“NIKOIL Bank” işçi axtarır - VAKANSİYA
13 MAY
2072

“NIKOIL Bank” işçi axtarır - VAKANSİYA

2016-05-13 08:00:00

“NIKOIL Bank” marketinq qrupunun mütəxəssisi vəzifəsinə vakansiya elan edib. Bankdan fins.az-a verilən məlumata görə,  ali təhsilli, marketinq sahəsində 2 il(bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)  iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 30-dur.

Vəzifə öhdəlikləri:

• Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; 
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət  edilməsi;
•  Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi; 
• Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
• Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması;• Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili
• Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması; 

Namizədə dair tələblər:

• Ali təhsil

• Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

• Analitik və kreativ düşünmə tərzi 

• Təqdim etmə bacarığı 

• Ünsiyyət qurmaq və danışıqlar aparmaq              

• Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq

• SMM sahəsində geniş təcrübəyə malik olmaq     
                                                                                                                    
• MS Office-də işləmək bacarığı
 
• Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək)

Müraciət etmək istəyənlər CV-lərini  Cum_rh@nikoil.az elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.  

AZ1010 Azərbaycan, Bakı şəh., Puşkinküç.30

Tel.: (+994 12)  981 
Faks: (+994 12) 497 33 79
e-mail: bank@nikoil.az
web: www.nikoil.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275