VAKANSİYA

“Ziraat Bank Azərbaycan” işçi axtarır- VAKANSİYA
12 MAY
2336

“Ziraat Bank Azərbaycan” işçi axtarır- VAKANSİYA

2016-05-12 08:00:00
“Ziraat Bank Azərbaycan” kredit təhlili departamentinə baş mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. Bankdan fins.az-a verilən məlumata görə, ali iqtisadi təhsilli, 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 11-dir.

Namizədə dair tələblər:

- Ali iqtisadi təhsil;

- 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;

- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;

- Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;

- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;

- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;

- CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3, CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);

- Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifə öhdəlikləri:

- Korporativ müştərilər üzrə geniş təhlil hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının)  hazırlanması. 

- Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər.Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili”qeyd etməyiniz vacibdir.

Ünvan: Kaspian Biznes Mərkəzi C.Cabbarlı Küçəsi 40 AZ1065, Baki, Azərbaycan

Telefon:  (+994 12) 505 56 16

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272