VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
11 MAY
1763

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2016-05-11 00:01:00

“Bank BTB” baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir. Bankdan fins.az-a verilən məlumata görə,  ali hüquq təhsilli, proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilər.İşlə bağlı son müraciət tarixi may ayının 30-dur.

İş barədə məlumat:

Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
- Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır .
- Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
- Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
- Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
- Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;
- Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;
Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
- Müraciətlərin reyestrdə qeydiyyatını aparır
Müştəri müraciətlərinin əsas səbəblərinə dair statistikanın  aparılmasının nəticələri barədə Departament direktoruna hesabatlar təqdim edir;
Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.

Namizədə dair tələblər:

 - ali hüquqi təhsil;

- bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;

- dəqiqlik bacarığı;

- hüquqları müdafiə edə bilmə bacarığı; məsləhət vermək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30.05.2016-cı il tarixinədək cv@btb.azelektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ()  göstərməyiniz xahiş olunur.

Namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adını email-in mövzu hissəsində (Baş Hüquqşünas)  göstərilməlidir.

Telefon: 946

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275