VAKANSİYA

“Parabank” işçi axtarır – VAKANSİYA
07 MAY
1860

“Parabank” işçi axtarır – VAKANSİYA

2016-05-07 22:00:00

“Parabank” Ağcabədi filialına müdir vəzifəsinə işə qəbul elan edib.

Vəzifəyə olan tələblər
• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Bu sahədə dörd  illik təcrübəyə malik olması;
• Filialın  işlərini planlaşdırma bacarığına malik olması;

Əsas vəzifələr
• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
• Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
•  Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
• Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.

Arzu edənlər mayın 20-nə qədər CV-lərini  Filial müdiri  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271