VAKANSİYA

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA
10 MAY
1907

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA

2016-05-10 00:01:00

“Atəşgah Sığorta” sığorta məsləhətçisi (Mingəçevir, Şəki filialı) vəzifəsinə işçi qəbulu elan edib. Şirkətdən fins.az-a verilən məlumata görə, 23-35 yaşlarında ali təhsilli, satış sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 5-dir.

Namizədə dair tələblər

• Yaş: 23-35 
• Cinsi: kişi
• Təhsil: orta texniki və ya ali
• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri

• Yeni sığorta məsləhətçilərinin hazırlanması və idarə edilməsi
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onların tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Sabit əmək haqqı + rüblük motivasiya

Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır)

Telefon: 012 (940)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274