VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
09 MAY
2279

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-05-09 08:00:00

“FINCAAzerbaijan”  Şəmkir, Tərtər, Şamaxi (Qobustan), Ağdaş (Qəbələ), Göyçay (Ucar), Şəki (Oğuz), Sabirabad, Lənkəran, Masalli, Ağcabədi (Beyləqan) filialları üçün 10 vakansiya üzrə icra işləri üzrə hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir. Kredit təşkilatından fins.az-averilənməlumatagörə, hüquq üzrə ali təhsilli, borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi olannamizədlərvakansiyailə bağlı müraciətedə bilərlər. Bu vəzifənin əsas məqsədi problemli müştərilərlə işin aparılmasının və gecikdirilmiş borcların geri ödənilməsinin təmin olunması, icra işlərinin idarə edilməsidir. İşlə bağlı son müraciət tarixi may ayının 20-dir.

Əsas vəzifə və öhdəlikləri:

• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;

• Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
• İcra mərhələsində ərizə və vəsatətlərin  hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

• Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka və bank qanunvericiliyi haqqında mükəmməl bilik;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Müraciət etmək istəyənlər , öz tərcümeyi-halını (CV) recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№033/16)   qeyd etməklə mayın 20-nə kimi  göndərə bilərlər.

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274