VAKANSİYA

“TBC kredit” işçi axtarır – VAKANSİYA
03 MAY
1595

“TBC kredit” işçi axtarır – VAKANSİYA

2016-05-03 08:00:00
“TBC kredit”  kollektor  vəzifəsinə işçi qəbulu elan edib. Kredit təşkilatından fins.az-a verilən məlumata görə, ali təhsilli(hüquq sahəsində ali təhsil arzuolunandır), məhkəmə icra orqanları ilə əməkdaşlıq üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 15-dir.

Namizədə dair tələblər:

• Ali təhsil (hüquq sahəsində ali təhsil arzuolunandır)
• Məhkəmə İcra orqanları ilə əməkdaşlıq üzrə ən azı 1 il iş təcrübəsi (hüquq mühafizə orqanlarında iş təcrübəsi arzuolunandır)
• Yaxşı ünsiyyət və rabitə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Məhkəmə qərarı olan girovsuz kreditlərin icra edilməsini təmin etmək

Maraqlı namizədlərCV-lərini  (hr@tbckredit.az) elektron ünvanına göndərə bilərlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kollektor). (Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.)

Bakı AZ1010, 28 May küç., 71-77

Telefon: (+994 12) 598 22 12

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272