VAKANSİYA

"Union Kredit" işçi axtarır – VAKANSİYA
30 APREL
1952

"Union Kredit" işçi axtarır – VAKANSİYA

2016-04-30 22:00:00

"Union Kredit"   baş mühasib vəzifəsinə işçi axtarır. Kredit təşkilatından  fins.az-a verilən məlumata görə,  24-55 yaşlarında maliyyə, iqtisadiyyat sahəsində ali təhsilli, bu sahə üzrə 3 iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.  İşlə bağlı son müraciət tarixi may ayının 27-dir.

Namizədə dair tələblər:

Təşkilatın fəaliyyəti, aktivləri, öhdəlikləri və kapitalın vəziyyəti haqqında maliyyə hesabatlarının daxili istifadəçilərinə-rəhbərliyə, təsisçilərə, habelə xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarət və dövlət orqanlarına, maliyyə hesabatlarının digər istifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim olunması;
- Aparılan bütün əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və təşkilat tərəfindən istifadə olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam və düzgün uçotun aparılması;
Təşkilatın aktivlərinin mövcudluğu və hərəkəti, nağd pul və digər qiymətlilərin saxlanması, əmək resurslarının, xüsusi və cəlb olunmuş vəsaitlərin səmərəli istifadəsi, habelə təşkilat tərəfindən aparılan digər əməliyyatlar üzrə nəzarətin təmin olunması.
- İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi.
- Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi.
- İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır. 

İş haqqında məlumat:

- Təşkilatın həyata keçirdiyi bütün əməliyyatlara, o cümlədən təşkilatın özünün fəaliyyətinə aid əməliyyatlara nəzarəti və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot reqistrlərində əks etdirilməsi;
Mədaxil və məxaric hesabları üzrə əməliyyatların aparılmasına nəzarət edilməsi;
- Təşkilatın rəhbərliyinə mühasibat uçotu məsələlərinə dair operativ məlumatın verilməsi;
Müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edilməsi;
- Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini (digər bölmələr və xidmətlərlə birlikdə);
- Mühasibat işinin, sənəd dövriyyəsinin, pul və qiymətlilərin saxlanmasına, aparılan əməliyyatların qanuniliyinə və təşkilatın müştərilərinə xidmət üzrə təşkilatdaxili nəzarətin düzgün və səmərəli təşkil edilməsi;
Xarici valyutada aparılan əməliyyatların mühasibat uçotunun və bu əməliyyatlara nəzarətin düzgün təşkil edilməsi;
- Mühasibat uçotu üzrə təşkilat daxili audit və digər yoxlamaları zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi;
- Kreditor borcların ödənilməsi və debitor borcunun tutulması, habelə yaranmış zərərin silinməsi prosesinə nəzarətin həyata keçirilməsi və bu məbləğlərin maliyyə hesabatlarında əks olunması barədə rəyin hazırlanması;
Uçot və əməliyyat məsələləri üzrə müştərilərin şikayətlərinə baxılması;
Təşkilatın maliyyə hesabatının yoxlanılması və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının tərtib olunması;
-  DSMF, VERGİ və müvafiq orqanlara aylıq, rüblük və illik hesabatların hazırlanıb ötürülməsi

Maaş 600-800 manat

İşlə  bağlı müraciət etmək istəyənlər  öz CV formalarını  office@unionkredit.az elektron ünvanına göndərə bilərlər. 

Əlaqə telefonu: (055) 292-88-27

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274