VAKANSİYA

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA
30 APREL
1793

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA

2016-04-30 00:01:00

“Atəşgah Sığorta” subroqasiya şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib. Şirkətdən fins.az-a verilən məlumata görə, 23-30 yaşlarında ali hüquq təhsilli, hüquq sahəsində  minimum bir il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 27-dir.

Namizədə dair tələblər

• Yaş: 23-30;
• Cinsi: kişi və ya qadın;
• Təhsil: Ali hüquq təhsili; 
• İş təcrübəsi: hüquq sahəsi üzrə min. 1 il; 
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla)
• Kompüter bilikləri: MS Office

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı;
• Nitq mədəniyyəti;
• Məsuliyyətlilik;
• Yüksək təhlil qabiliyyəti;
• Araşdırma bacarıqları;
• Komandada işləmək bacarığı;
• Gərgin iş və stresə davamlılıq. 

Əsas vəzifə öhdəlikləri

• Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
• Şirkətin struktur bölmələrinə hüquqi yardım göstərilməsi;
• Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və rəy verilməsi;
• Hüquqi məsələlərlə bağlı sorğuların cavablandırılması;
• Zərurət olduqda Şirkətin üçüncü şəxslər qarşısında təmsil edilməsi.

İş şərtləri

• Əmək müqaviləsi
• İş vaxtı 09:00 - 18:00
• İş günü – 5/2
• Əmək haqqı: 500-600 AZN

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər 
(məktubun mövzu bölməsində Hüquqşünas qeyd etmək mütləqdir).

Telefon: 012 (940)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272