VAKANSİYA

“PAŞA Həyat Sığorta” işçi axtarır - VAKANSİYA
16 APREL
2739

“PAŞA Həyat Sığorta” işçi axtarır - VAKANSİYA

2016-04-16 00:01:00

“PAŞA Həyat Sığorta” mühasibatlıq sahəsi üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə,23-33 yaşlarında ali iqtisadi təhsilli, mühasibatlıq sahəsində minimal 9 aylıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 25-dir.

Namizədə dair tələblər

- Mühasibatlıq sahəsində minimal 9 aylıq iş təcrübəsi 
- Ümumi iqtisadi nəzəriyyə 
- Mühasibat prinsipləri sahəsində bakalavr səviyyəsində akademik biliklər 
- Azərbaycan Dili-Azərbaycan dilinin qrammatik qaydaları və üzrə orta təhsil səviyyəsində biliklər. Xarici dil-Rus dilində sərbəst danışmaq bacarığı və orta səviyyəli yazı bilikləri. İngilis dilində ilkin oxumaq və danışmaq bilikləri 
- Mühasibat proqramı-Günəş sistemi ilə tanışlıq 
- MS Office proqramları-Excel proqramında orta səviyyəli bilik, məntiqi düsturları qurmaq bacarığı, Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq. Word və PowerPoint proqramlarından minimal istifadə bilikləri 
- Riyaziyyat və məntiq və cəbr üzrə orta təhsil səviyyəsində mükəmməl biliklər, statistika üzrə baza bilikəri məntiqi düşünmə bacarığı 
- Peşəkar Sertifikasiyalar-Mühasibatlıq üzrə ACCA və ya CPA proqramlarına üzvlük arzu olunur. 
- Aktiv dinləmə-Həmkarların dediklərinə tam diqqəti yönəltmək, bildirilmiş fikir və tapşırıqları tam qavramaq, lazım olduqda sual vermək və uyğun olmayan zamanda sözünü kəsməmək 
- Məntiqi düşüncə 
- Qarşılaşmış tapşırıq və problemlərin həllində məntiqi düşüncənin tətbiqi 
- İşlə bağlı olan sənəd və digər yazılı materialları oxumaq və məlumatı qavramaq 
- Qarşı tərəfin ehtiyacların uyğun olaraq fikirləri ef-fektiv olaraq yazılı şəkildə bildirmək.

Vəzifə öhdəlikləri:

- Mühasibat müxabirləşmələrini və hesabatları mühasibat standartları və şirkətdaxili siyasət və qaydalara əsasən hazırlamaq, məlumatların düzgünlük və dəqiqliyini təmin etmək məqsədi ilə nəzərdən keçirmək və təhlil/icra etmək 
- Digər strutktur bölmələrin mühasibatlıq məlumatları ilə bağlı sorğularını operativ olaraq yazılı cavablandırmaq 
- Şirkətin əməkdaşlıq etdiyi banklarla əlaqə saxlayıb, cair hesab qalıqları və təqdim edilmiş ödəniş tapşırıqları barədə məlumatı əldə etmək və birbaşa rəhbərə təqdim etmək

Müraciət etmək istəyənlər CV formalarını cv@pasha-life.az elektron ünvanına göndərə bilərlər.

Telefon: (012) 567-32-36

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271