VAKANSİYA

“KredAqro” işçi axtarır- VAKANSİYA
14 APREL
1579

“KredAqro” işçi axtarır- VAKANSİYA

2016-04-14 00:01:00

“Kred Aqro” İsmayıllı filialı üzrə regional hüquq məsləhətçisi vəzifəsinə işçi axtarır. Kredit təşkilatından fins.az-a verilən məlumata görə, 25 yaşdan yuxarı ali hüquq təhsilli, bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan, İsmayıllı, Göyçay və ya Ağdaş şəhərində yaşayan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 12-dir.

Namizədə tələblər
- Hüquq sahəsində ali təhsilinin olması 
- İsmayıllı, Göyçay və Ağdaş şəhərində yaşayanlara üstünlük verilir 
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi 
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi 
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək 
- Yüksək qavrama və öyrənmə qabiliyyəti 
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti 
- Kompyuter bilikləri 
- Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan, şəxslərə üstünlük verilir.
İş barədə məlumat
 
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi 
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması 
- Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması 
- Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması 
- Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi 
- İcra işləri üzrə İcra məmurları ilə işləmək 
- Rəsmi yazışmaları təmin etmək

CV-lərin mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  recruitment@kredaqro.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Bakı şəhəri, Nizami küç. 1/3 Sapphire Plaza, AZ1001

Telefon: (+994 12) 441-21-34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275