VAKANSİYA

“NIKOIL Bank” işçi axtarır - VAKANSİYA
13 APREL
1717

“NIKOIL Bank” işçi axtarır - VAKANSİYA

2016-04-13 00:01:00

“NIKOIL Bank”pərakəndə kreditləşmə departamentinin direktoru vəzifəsinə vakansiya elan edib. Bankdan fins.az-a verilən məlumata görə,  ali təhsilli, 6 ildən az olmayaraq rəhbər vəzifəsində iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Namizədə dair tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: 6 ildən az olmayaraq. rəhbər vəzifəsində iş təcrübəsi: 3 ildən az olmayaraq.
  • Tələb olunan bilik və bacarıqlar:
  • Danışıqlarınaparılmasıqabiliyyəti;
  • Kreativlik,
  • İşgüzar aktivlik;
  • Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi bacarığı;
  • Rus və azərbaycan dillərində səlis danışıq qabiliyyəti (digər xarici dilləri bilməsi üstünlükdür).

Vəzifə öhdəlikləri:

- Bankın pərakəndə kreditləşmə istiqamətinin strateji və əməliyyat planlaşdırılması.

- Satış nöqtələsində pərakəndə kreditləşmənin planlaşdırılması və effektiv satışına nəzarət,  satış planının icrası (verilmiş kreditlərin həcmi və sayı).

- Bankın pərakəndə şəbəkəsinin, satış kanallarının və pərakəndə kreditləşmə məhsullarının paket təkliflərinin inkişafı, pərakəndə kreditləşmə məhsullarına fərdi şərtlərin tətbiq edilməsi.

- Müştəri bazasının istifadəsi və kross satışların həyata keçirilməsi məqsədilə biznes növləri ilə qarşılıqlı əlaqələrin qurulması,  məhsulların paketləşdirilməsi sisteminin və pərakəndə biznes məhsulları üzrə loyallıq sisteminin hazırlanması.

- Pərakəndə kreditləşmə məhsullarının həyata keçirilməsi üçün partnyorların axtarışı və partnyor əlaqələrinin qurulması, yeni satış kanallarının qurulması, pərakəndə kreditləşmə məhsulları üzrə fərdi şərtlərin təqdim olunması.

Pərakəndə kreditləşmə məhsullarının hazırlanması, pilot tətbiqi, tirajlaşdırmada iştirakı,modifikasiyası, pərakəndə kreditləşmə məhsullarının təqdim edilməsi üzrə fərdi sxemlərin hazırlanması, məhsullarının verilməsinin dayandırılması.

- Kredit prosesinin təşkili metodologiyasının hazırlanması, nəzarət və Satış nöqtələrində kredit prosesinin təşkilinin müşahidəsi, Satış nöqtələrində qərarların qəbuledilməsi üzrə ümumi səlahiyyətin nəzarəti, kredit portfeli üzrə hesabatların tərtib olunması.

- Kreditləşmə risklərinin qiymətləndirilməsi, pərakəndə biznes üzrə potensial borcalanlara kreditin verilməsi barədə müqavilələrin hazırlanması.

- Bankın pərakəndə kreditləşməsinin effektiv təşkil olunması, pərakəndə kreditləşmə personalının rasional istifadəsi.

Müraciət etmək istəyənlər CV-lərini  hr@nikoil.az  elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.  

AZ1010 Azərbaycan, Bakı şəh., Puşkinküç.30

Tel.: (+994 12)  981 
Faks: (+994 12) 497 33 79
e-mail: bank@nikoil.az
web: www.nikoil.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272