TENDER

Komitə əsaslı təmir üçün podratçı seçir
10 OKTYABR
76

Komitə əsaslı təmir üçün podratçı seçir

2019-10-10 13:50:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati binanın əsaslı təmiri üçün podratçı seçir. Bu barədə komitənin elanında deyilir.

Seçim açıq tender metodu ilə keçirilir. Seçimin şərtlərinə əsasən, qalib işləri 1 il ərzində başa çatdırmalıdır.1

Tenderdə iştirak haqqı 300 manatdır.

Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 6 noyabr saat 16:00-dək qəbul olunur. Təklif zərfləri noyabrın 7-də açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır