TENDER

Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır
04 OKTYABR
197

Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır

2019-10-04 11:10:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) kotirovka sorğusu elan edir.

Fins.az xəbər verir ki, sorğu Palatanın 2019-cu ilin birinci yarım illiyi üzrə maliyyə hesabatlarının və maliyyə uçotunun kənar auditor tərəfindən təhlili xidmətinin satın alınması məqsədilə keçirilir.

Təhlil xidməti 2019-cu ilin yanvar ayından iyun ayı da daxil olmaqla birinci yarımilliyin maliyyə hesabatları və maliyyə uçotu üzrə aparılacaq. İcra yeri Maliyyə Bazarlarına Nəzarət Palatası olacaq.

Sorğuda iddiaçı kimi iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 nömrəli ünvana (əlaqələndirici şəxs- maliyyə və satınalmalar idarəsinin satınalmalar üzrə aparıcı mütəxəssisi Rüstəm Kərimova, telefon +99412 493-50 -58/285: Faks: +99412 498-12-14) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər imzalanıb möhürlənmiş kotirovka təkliflərini (əlavə olaraq qiymət cədvəli və Azərbaycan dilində tərtib edilmiş şərtlər toplusunda göstərilən sənədləri) 8 oktyabr 2019-cu il saat 15.00- dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Təqdim olunan qiymət kotirovkaları üzrə zərflər 9 oktyabr 2019-cu il saat 12.00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır