TENDER

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir
23 SENTYABR
215

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir

2019-09-23 16:35:00
  • Lot 1 Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 144 ailəlik Şeylanlı qəsəbəsində 46 ədəd fərdi yaşayış evlərinin tikintisi
  • Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :200 AZN
  • Hesab: AZ29CTRE00000000000005728225
  • VÖEN: 1401555071
  • Bank: Dövlət Xəzinədarlığı Agentliyi
  • Kodu: 210005
  • M/H: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T: CTRE AZ 22
  1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 120 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. Podratçının müəyyən etdiyi digər sənədlər.
  10. -Tender iştirakçının (iddiaçıların) son 3 (üç) ildə yerinə yetirdikləri analoji işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır; -İddiaçının müvafiq layihələndirmə işlərinin görülməsinə olan xüsusi icazə (lisenziya)sənədinin surəti; -İddiaçının ixtisas gşstəriciləri haqqında məlumat. Qeyd: 1. 9-cu punkt elanımızdan çıxarilmalıdır; 2. iddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayış; 3. ddiaçının işçi qüvvəsi haqqında arayış və həmçinin tikinti sahələrində təhlükəsizliktexnikası qaydalarına əməl edilməsinə nəzarəti gücləndirmək məqsədi ilə obyektlərə, Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturundan sertifikat almış, texniki təhlükəsizlik sahəsi üzrə mütəxəssis təyin edilməli və bu barədə məlumat (mütəxəssisin adı və soyadı) təqdim edilməlidir; 4.5-ci punkta əlavə olaraq son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 6-ci “Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər ” maddəsinin 6.2.5-ci bəndinə əsasən).

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 09.10.2019 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17.10.2019 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 18.10.2019 16:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

E-şərtlər toplusunu 23.09.2019 15:40 tarixindən sonra əldə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır