TENDER

Şəhərsalma və tikinti fəaliyyətinin vahid elektron məlumat sistemi yaradılır - TENDER
10 SENTYABR
216

Şəhərsalma və tikinti fəaliyyətinin vahid elektron məlumat sistemi yaradılır - TENDER

2019-09-10 17:42:00
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması” işlərinin satın alınması üzrə aşağıdakı lotlardan ibarət açıq tender keçirir:
Lot 1. “Şəhərsalma və tikinti fəaliyyətinin vahid elektron məlumat sisteminin yaradılması”;
Lot 2. “Şəhərsalma və tikinti fəaliyyətinin idarədaxili informasiya sistemlərinin yaradılması”
Hər iki lot üzrə tələb olunan işlər müəyyən olunmuş qrafik əsasında 6 ay ərzində hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir.
İddiaçılar texniki və maliyyə təkliflərindən ibarət tender təklifini 3 oktyabr 2019-cu il tarixində yerli vaxtla saat 18:00-dək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri olan zərflərin açılışı 4 oktyabr 2019-cu il tarixində yerli vaxtla saat 16:00-da Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında, Komitənin iclas zalında Tender komissiyasının iclasında PORTAL üzərindən keçiriləcəkdir.
Tenderdə iştirak haqqı hər lot üzrə 500 manatdır.
Əlavə məlumat almaq üçün (012) 493-34-67 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır