TENDER

Statistika Komitəsi tender elan edir
06 AVQUST
176

Statistika Komitəsi tender elan edir

2019-08-06 12:46:00
  • Lot 1 Stol və stulların, sayıcı çantalarının yerləşdirilməsi üçün dəmir rəflərin satınalınması
  • Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :300 AZN
  • Hesab: AZ59CTRE00000000000002238401
  • VÖEN: 1401555071
  • Bank: Dövlət Xəzinədarlıq Agentliyi
  • Kodu: 210005
  • M/H: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T: CTREAZ22
  1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. 11. İddiaçının ixtisasına dair məlumatlar (analoji işlərin yerinə yetirilməsində təcrübəsini təsdiq edən sifarişçi müəssisə və təşkilatların tövsiyə məktubları və s.) 12. Məhsulların keyfiyyətinə dair zəmanət Əlavə qeydlər: - tenderdə “Dövlət satınalınmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən satınalınma prosedurunda iştirakı qadağan olunan hüquqi və fiziki şəxslər istisna olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Qərarına uyğun olaraq iri sahibkarlıq subyekti olmayan istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi iddiaçı kimi iştirak edə bilərlər; - xarici dildə tərtib olunmuş sənədlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun müvafiq qaydada rəsmiləşdirildikdən (konsul leqallaşdırılmasından və ya apostilin verilməsindən) sonra Azərbaycan dilində tərcümələri notariat qaydasında təsdiq olunmalıdır.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 26.08.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 03.09.2019 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 04.09.2019 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

E-şərtlər toplusunu 05.08.2019 16:27 tarixindən sonra əldə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır