TENDER

Təhsil Nazirliyi tender elan edir
29 İYUL
168

Təhsil Nazirliyi tender elan edir

2019-07-29 15:12:00
  • Lot 1 Riyaziyyat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri
  • Lot 2 Təbiət fənlərini tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri
  • Lot 3 Humanitar fənləri tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri
  • Lot 4 İbtidai təhsil səviyyəsində tədris aparan müəllimlər üçün ixtisasartırma təlimləri
  • Lot 5 İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi
  • Lot 6 İbtidai sinif müəllimləri üçün məktəbəhazırlıq qruplarında işin təşkili metodikası üzrə fərdi ixtisasartırma təlimləri (mentorluq xidməti)
  • Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :100 AZN
  • Lot 2 :100 AZN
  • Lot 3 :100 AZN
  • Lot 4 :100 AZN
  • Lot 5 :100 AZN
  • Lot 6 :100 AZN
  • Hesab: AZ30CTRE00000000000002168501
  • VÖEN: 1500046011
  • Bank: Dövlət Xəzinədarlığı Agentliyi
  • Kodu: 210005
  • M/H: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T: CTREAZ22
  1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. -Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasının təsdiqi kimi İddiaçının ali təhsil və ya əlavə təhsil müəssisəsi olmasının sənədli sübutu/ - 7. Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamasının təsdiqi kimi məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat. -Bütün təlimlər üzrə metodik vəsaitləri və təlimçilərinin tərcümeyi-halını (CV-ni).

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.08.2019 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 29.08.2019 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 30.08.2019 17:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

E-şərtlər toplusunu 22.07.2019 10:00 tarixindən sonra əldə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır